image-1backend

Xırdalanda azyaşlı övladının gözü önündə arvadını öldürməkdə ittiham edilən şəxsin məhkəməsi başlayıb

image-reklam_sirab_01

Xırdalan şəhərində həyat yoldaşı Sevinc Əhmədağayevanın başını kəsərək qətlə yetirməkdə şübhəli bilinən Laçın Əhmədağayevin məhkəməsi başlayıb.

Vətəninfo.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış icası avqustun 30-na təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Xırdalan şəhərində baş verib. 1974-cü il təvəllüdlü Laçın Əhmədağayev münaqişə zəminində 1976-cı il təvəllüdlü arvadı Sevinc Əhmədağayevanın başını kəsərək qətlə yetirməkdə ittiham olunur.

Hadisənin ailənin 3 yaşlı qızının gözü önündə baş verdiyi bildirilir.

Abşeron rayon prokurorluğunda araşdırma zamanı Laçın Əhmədağayevin yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Laçın Əhmədağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki