image-11backend

Xocavənddə partlayış oldu – Ölən var

image-reklam_sirab_01

Xocavənddə əlində sursat partlayan şəxs ölüb.

Vətənunfo.az xəbər verir ki, DİN Mətbuat xidmətindən bildirilib ki, hadisə yaxın dəqiqələrdə rayonun Ağburun adlanan ərazisində baş verib. Belə ki, orada heyvan otaran 1971-ci il təvəllüdlü Elşən Hümbətov ərazidən partlayıcı sursat tapıb. E.Hümbətovun sursatla ehtiyatsız davranması ucbatından partlayış baş verib. Nəticədə o, hadisə yerində vəfat edib.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gedərək baxış keçiriblər. Hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki