image-reklam-veteninfo
image-6215bd304708d6215bd304708e16455918566215bd304708b6215bd304708cbackend

Xocavənddə xeyli sayda partlayıcı vasitələr aşkar edilib

image-reklam-veteninfo

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə partlayıcı vasitələrin aşkar edilərək təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən xeyli sayda partlayıcı vasitələr aşkar edilib.

Tapılan 146 müxtəlif növ mərmi, 5 müxtəlif növ qumbara və 415 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki