image-1backend

Yardımlıda 5, Abşeronda 3 otaqlı ev YANDI

image-reklam_sirab_01

Abşeron və Yardımlıda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin döşəməsi 15 m² sahədə və tavanının taxta atmaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa Yardımlı rayonunun Vərgədüz kəndində ümumi sahəsi 235 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki