image-ya24backend

Yasamal rayonunda yeni futbol meydançası istifadəyə verilidi

image-reklam_sirab_01

Bu gün paytaxtın Yasamal rayonu ərazisində millət vəkili Elnur Allahverdiyevin təşəbbüsü ilə rayon İcra Hakimiyyəti, AFFA və Yasamal bələdiyyəsi tərəfindən birgə inşa olunmuş yeni süni örtüklü futbol meydançası sakinlərin istifadəsinə verilib. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili Elnur Allahverdiyev,YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, əfsanəvi futbolçular İsgəndər Cavadov, Vəli Qasımov, tanınmış hakim Rüstəm Rəhimov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, növbəti meydançanın istifadəyə verilməsi yerli sakinlərin səmərəli asudə vaxtı üçün gözəl imkanlar yaradacaq. Elşad Həsənov ölkəmizdə, o cümlədən Yasamal rayonunda, geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd etdi. Bu mənada Heydər Əliyev Fondu və İDEA ictimai birliyi tərəfindən görülən işlər xüsusi vurğulandı. Bildirildi ki, son illər İDEA tərəfindən qurulmuş və abadlaşdırılmış “Bizim həyət”-lərdən bu gün Yasamal sakinləri geniş istifadə edir. Bütün bunlar cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı  Elşad Həsənov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri ölkənin hər yerində olduğu kimi, Yasamal rayonunda da yüksək templə davam edir.

Daha sonra yeniyetmə və rəsmilər arasında rəmzi futbol oyunu keçirildi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki