image-reklam-veteninfo
image-resize-1backend

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

image-reklam-veteninfo

Yasamalın bəzi ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 29-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində təmir işləri aparılacaq.

“Azərişıq” ASC xəbər verir ki, təmir işləri ilə əlaqədar rayon ərazisində yerləşən Azərbaycan prospekti, Əlövsət Quliyev, İslam Səfərli, Həzi Aslanov, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə və Təbriz Xəlilbəyli küçələri, eləcə də Birinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki