Şəki rayonunun Oxud kənd sakini, 1995-ci il təvəllüdlü Abidova Aygün Tahir qızı iyulun 9-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, sonuncu dəfə evdən gedərkən üzərində şabalıdı rəngli cins şalvar, qara rəngli köynək və qara idman ayaqqabısı olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.