image-reklam-veteninfo
image-fb_img_1785232679661backend

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatında “Dövlət siyasətinin həyata keçirilməsində QHT-lərin rolu” mövzusunda dəyirmi masa keçirilib – FOTOLAR

image-reklam-veteninfo

Bu gün Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Dövlət siyasətinin həyata keçirilməsində QHT-lərin rolu” mövzusunda dəyirmi masada iştirak etdik.

Tədbirdə qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai fəallar və digər iştirakçılarla birlikdə ölkəmizdə şəhərsalma siyasəti, həyata keçirilən layihələr, əldə olunan uğurlar və gələcək perspektivlər ətrafında səmərəli fikir mübadiləsi aparıldı.

Bu əhəmiyyətli tədbirə dəvətə görə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtər müəllimə səmimi təşəkkürümü bildirirəm. Görüş çox səmimi və konstruktiv şəraitdə keçdi.

Müzakirələr zamanı vurğulandı ki, dövlətimizin şəhərsalma və quruculuq sahəsində həyata keçirdiyi uğurlu siyasət göz önündədir. Bununla yanaşı, mövcud çatışmazlıqların aradan qaldırılmasında ictimai nəzarətin gücləndirilməsi, QHT-lərin və vətəndaş cəmiyyətinin daha fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu cür dəyirmi masaların mütəmadi keçirilməsi, səsləndirilən təkliflərin ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunması idarəetmənin daha da təkmilləşməsinə və mövcud nöqsanların aradan qaldırılmasına mühüm töhfə verəcək.

İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri dövlətimizin gücünün, uzaqgörən siyasətinin və inkişaf strategiyasının bariz nümunəsidir. Bu istiqamətdə görülən işlərin davamlı olması ölkəmizin gələcək inkişafına xidmət etməklə yanaşı, gənc nəslə vətənpərvərlik, dövlətçilik və Vətən sevgisi kimi ali dəyərlərin aşılanmasına da mühüm töhfə verəcək.

İnanıram ki, dövlət qurumları, QHT-lər, media nümayəndələri və bütün vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq nə qədər güclü olarsa, ölkəmizin inkişafı da bir o qədər sürətli və dayanıqlı olacaq. Birgə fəaliyyət, ictimai məsuliyyət və sağlam ictimai nəzarət Azərbaycanın daha böyük uğurlara imza atmasına xidmət edəcək.

Ramil Əliyev

“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki