image-1backend

Yeni tədris ili üçün 109 minə yaxın uşaq sinfini, məktəbini və müəllimini müəyyən edib

image-reklam_sirab_01

Yeni tədris ili üçün artıq 109 minə yaxın məktəbyaşlı uşaq sinfini, məktəbini və müəllimini müəyyən edib.

Vətəninfo.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, bu göstərici ölkə üzrə məktəbyaşlı uşaqların 83 %-i deməkdir: “Rus bölməsi üzrə 11 minə yaxın müraciət var və gələn həftə üçün onların seçimlərinin nəticəsi məlum olacaq”.

Qeyd edək ki, məktəblərə qeydiyyat sentyabrın 13-nə kimi davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki