image-2a5a86b5-414c-35d6-9904-740f982f0730_850backend

Yerusəlimdə Albert Eynşteynin muzeyi yaradılacaq

image-reklam_sirab_01

İsrail hökuməti Yerusəlimdəki İvrit Universitetində yeni Albert Eynşteyn muzeyinin yaradılması layihəsini təsdiqləyib.

Bu barədə İsrail Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Muzey görkəmli fizikin tam arxivinin deposuna çevriləcək, materiallar geniş istifadə üçün rəqəmsallaşdırılacaq:

Muzeydə Eynşteynin tədqiqatları, fəaliyyəti və irsi, elmə verdiyi töhfələr, kəşflərinin bugünkü həyatımıza təsiri, tərcümeyi-halı və ictimai fəaliyyəti ilə bağlı hadisələr təqdim olunacaq. Bundan əlavə, muzey Eynşteynin yəhudi xalqının, İsrail dövlətinin və qurucusu olduğu İvrit Universitetinin taleyi ilə dərin əlaqəsini vurğulayacaqdır.

Arxivlərin yerləşdirilməsi üçün ayrıca binanın tikintisini nəzərdə tutan layihə 18 milyon dollara başa gələcək. Muzeyin elm və texnologiya təhsili üçün innovativ məkan kimi xidmət etməsi planlaşdırılır.

Ziyarətçilər xüsusilə Eynşteynin yenidən yaradılmış kitabxanasını və onun iş otağını, həmçinin alimin üzərində işlədiyi orijinal sənədləri görə biləcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki