image-senatorbackend

Yunan məttahı Robert Menendezdən Türkiyəyə qarşı həddini aşan açıqlama

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, ABŞ-da daha çox yunan diasporasının xidmətçisi kimi ad çıxarmış Robert Menendez qardaş türkiyəyə qarşı həddini aşan açıqlama ilə çıxış edib.

“Ria Novosti”-nin yaydığı xəbərə görə, Robert Menendez Türkiyəni Şərqi Aralıq dənizi üçün ən böyük təhlükə adlandırıb və onu Çin, Rusiya və iqlim dəyişikliyi ilə yanaşı beynəlxalq ictimaiyyətin üzləşdiyi əsas problemlərdən biri hesab edib.

Menendes Yunanıstanda Kapodistria adına Afina Milli Universitetinin fəxri doktoru adının verilməsi mərasimində belə bir bəyanatla çıxış edib.

“Bu auditoriyada heç kimə Türkiyənin Şərqi Aralıq dənizi üçün daimi və birbaşa təhlükə olaraq qaldığını söyləməyə ehtiyacım yoxdur.

Türkiyə NATO müttəfiqi olmasına baxmayaraq, Egey dənizində təxribat xarakterli uçuşlarla Yunanıstanın suverenliyinə meydan oxuyur. Qırıcıların hava məkanını pozması heç bir ölkə üçün qəbuledilməz davranışdır”, – deyə o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki