image-modern-az-21-05-2021-1621581746backend

Zahid Oruc: “Andraniklər, njdelər nəslinin ordusunun fərariləri qəhrəmanlarından çoxdur”

image-reklam_sirab_01

“Ermənistan İstintaq Komitəsinin ötən ilin 22 dekabr tarixli məlumatına görə fərarailik edən 1358 nəfərə cinayət işi qaldırılıb.Sonra məlumat qapalı saxlanılıb, lakin qeyri-rəsmi mənbələr ittiham olunanların 10000 nəfərə yaxın olduğunu bildirir”

Veteninfo.az xəbər verir ki, bunu parlametin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Zahid Oruc bildirib.

Deputat qeyd edib ki, Qarabağda yaşayan və xalqımıza qarşı təcavüzkarlıq etməyən, əlinə silah götürməyən və atəş əmrini yerinə yetirməyən, döyüş meydanını tərk edən ermənilərin cəzalandırlmasına dövlətimiz hüquqi-siyasi qiymət verməli, döyüşməkdən imtina etdikləri üçün xəyanətdə suçlandırılan şəxslərin həbsini pisləməsi vacibdir:

“Əslində, süngü gücünə səngərə gətirilən minlərlə adamın döyüşməməsi torpaqların kimə məxsuslugunu göstərir.Eyni zamanda, sual olunur-  vuruşmaqdan imtina edən erməni hərbçilərinn əsas arqumenti nə olub? Cavabı erməni əsgərləri verir-göydən od yağırdı və yoldaşlarımızı külə çevirirdi.Bəli, fakitiki olaraq, Qarabağda döyüşlərə cəlb olunan  40 minə qədər hərbçinin 5-6 mini məhv olubsa, 10 mindən çox yaralı varsa, yerdə qalanların da az qala 30 faizi fərarilikdə ittiham edilirsə, deməli, Ermənistan siyasi hakimiyyəti öz vətəndaşları ilə müharibə vəziyyətindədir.

Nəinki savaş, eləcə də sülh dövründə Ermənistanda fərarilik geniş yayılmışdı. Qarabağda demoqrafik ölüm yaşandığını, azərbaycanlılarla birgə olduqları vaxtı saylarının artdığını, işğal illərində isə azaldığını və qızların da  oğlanlardan çoxluğunun müharibə bağlılığını prezident Armen Sarkisyan RBK dayliyə müsahibəsində etiraf etmişdi. Minlərlə şəxsə cinayət işinin açılması ilə Ermənistan Məhkəməsi  100 il əvvəlki andraniklərin, njdelərin varisi sayılan ordunun fərarilərinin qəhrəmanlardan çox olduğunu dünyaya elan edir. Ona görə də bizim həbsxanalar erməni hərbçiləri üçün təhlükəsiz yerdir. Ermənistanın hərbi generalı Levon Stepanyan deyir ki, hamını həbsə ata bilməzlər.Halbuki onlarla siyasətçinin fərariliyi olan yerdə hərbçiləri günahlandırmaq doğru deyil. Baxın, Sarkisyan qarşıdakı parlament seçikilərinə qatılmayacaq.Bu hərbi məğlubiyyətin birbaşa nəticəsidir.Ən böyük fərarilər Sarkisyanla, Koçaryanın özüdür”

Zahid Oruc vətən müharibəsində hərbçilərimiz arasında fərariliyin olmadığını bildirib:

“Bu fakt qələbəmizin ən böyük şərtlərindən biridir.Biz hətta ölkəmizdə yaşayan ermənilərin içərisindən bir nəfəri zorla aparıb ön cəbhədə süngünün qabagında öz millətindən olanlara atəş açmağa məcbur etməmişik.Lakin Ermənistan hakimiyyəti öz vətəndaşlarına qarşı zor tətbiq edir.Biz Strasburqda, Brüsseldə Vaşinqtonda özlərinin əsir adlandırdıqları şəxslərə görə Bakıya qarşı etiraz aksiyaları keçirənləri soydaşlarına Ermənistanda fərarlik damğası ilə cinayət işi açan hakimiyyətin üstünə getməyə çağırırıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki