“Barselona”nın hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi 35 yaşlı polşalı futbolçunun yayda klubu tərk edəcəyinə münasibət bildirib.
“Bütün bunlar cəfəngiyyatdır, saxta xəbərlərdir. Levandovski 100 faiz gələn mövsüm “Barselona”da qalacaq”, – Vətəninfo.az xəbər verir ki, bu barədə Zahavi twitter.com/fabrizioromano bildirib.
Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. Onun müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.
Cari mövsümdə Levandovski ispan Xavinin rəhbərlik etdiyi komanda ilə 45 matçda iştirak edib, 24 qol vurub, 9 məhsuldar ötürmə edib.