Ukrayna Prezidenti Vladimir Zelenski iyulun 28-də Vaşinqtona səfər etməyi planlaşdırır.Vətəninfo.az xəbər verir ki, bu barədə “Deutsche Welle”nin müxbiri Mixail Komadovskinin ABŞ prezident administrasiyasındakı iki məlumatlı mənbəyə istinadən X-dəki paylaşımında bildirilib.
“İki yüksək vəzifəli məmur mənə dedi ki, Prezident Zelenski gələn çərşənbə axşamı Vaşinqtona gələcək. O, senator Lindsi Qrehemin dəfn mərasimində iştirak etməyi planlaşdırır. Prezident Trampla da görüş təşkil olunur; rəsmilər hələ də format barədə qərar verirlər – dəfn mərasimində qısa görüş, şəxsi görüş və ya Ağ Evə rəsmi səfər olacaqmı”, – deyə paylaşımda bildirilib.
ABŞ və Ukrayna prezidentləri iyulun əvvəlində Ankarada keçirilən NATO sammiti çərçivəsində görüşdülər. Həmin vaxt Tramp Ukraynaya Rusiyanın ballistik raket hücumlarına qarşı mübarizə aparmaq üçün vacib olan Patriot raketlərini müstəqil şəkildə istehsal etmək üçün lisenziya vermək niyyətində olduğunu açıqladı.


























