image-6215e90e10cec6215e90e10ced16456030866215e90e10cea6215e90e10cebbackend

Zəngilanda İranla sərhəddə 5 kq narkotik aşkarlanıb

image-reklam_sirab_01

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizə­sinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Qurumun Mətbuat Mərkəzindən verilən xəbərə görə, fevralın 20-də saat 00:50 radələrində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozul­masına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb

Keçirilmiş sərhəd axtarışı tədbirləri nəticəsində ərazidə sahibsiz halda aşkarlanmış 1 ədəd ağ rəngli bağlamanın içərisində ümumi çəkisi 5 kq 320 qram narkotik vasitəyə (4 kq 795 qr marixuana və 525 qr metamfetamin) bənzər maddələr aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki