image-minabackend

148 mina aşkarlanıb-Azad olunan ərazilərdə

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki,Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)  işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, sentyabrın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 59, tank əleyhinə 4 mina və 85 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 324 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki