image-img-20210416-wa0018backend

2021-ci il Konya şəhərində keçirilməsi nəzərdə tutulan İslam Həmrəylik Oyunları təxirə salına bilər

image-reklam_sirab_01

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə komitəsinin toplantısı keçirilib. Bu barədə toplantıda iştirak edən Milli Məclisin deputatı, İHİF İcraiyyə Komitəsinin üzvü, İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü Könül Nurullayeva məlumat verib. Bildirib ki, ənənəvi görüşdə həmçinin İHİF-in Prezidenti Şahzadə Əbdüləziz Al-Saud, qardaş Türkiyənin Gənclər və İdman naziri Mehmet Kasapoğlu, Konyada keçiriləcək V İslam Həmrəylik Oyunlarının Koordinasiya Komitəsinin sədri və İslam dövlətlərinin Olimpiya komitələrinin rəhbər şəxsləri iştirak ediblər.

image-img-20210416-wa0019

Əsas müzakirə mövzusu pandemiyanın oyunlara təsiri, həmçinin beynəlxalq idman tədbirinin keçirilmə vaxtının və məkanının dəyişdirilməsi olub. Pandemiya səbəbindən Konya şəhərində keçirilməsi nəzərdə tutulan İslam Həmrəylik Oyunlarının 2021-ci il üçün təxirə salınması, eyni zamanda ilk dəfə olaraq Afrika qitəsindən Kameron dövlətinin 2025-ci il üçün namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlərin təqdim edilməsi məsələləri ətrafında müzakirə aparılıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki