image-reklam-veteninfo
image-621dac754da10621dac754da111646111861621dac754da0e621dac754da0fbackend

360 mindən çox şəxs Ukraynanı tərk edib

image-reklam-veteninfo

Rusiyanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyat başlatmasından etibarən bu ölkəni 360 mindən çox insan tərk edib.

Veteninfo.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında deyilir.

BMT, həmçinin hesab edir ki, hərbi əməliyyatlar daha geniş əraziyə yayılarsa, daha 4,5 milyondan çox insan ölkədən gedə bilər.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 187 min insan Polşaya gedib. Belə ki, Rusiyanın Ukraynanı qurudan, dənizdən və havadan mühasirəyə almasından üç gün sonra 43 mindən çox ukraynalı Rumıniyada məskunlaşıb.

BMT 5 milyona qədər ukraynalının ölkəni tərk edəcəyini gözləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki