image-4ac79c3d-27b2-45d0-af07-5deaac563287backend

Tbilisi şəhərində Avropa ölkələri arasında Beynəlxalq Gənclər Festivalı keçirilib

image-reklam_sirab_01

13-17 oktyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində Avropa ölkələri arasında Beynəlxalq Gənclər Festivalı keçirilib.

Veteninfo.az xəbər verir ki, bu festivalda ölkəmizi Mərdəkan Mədəniyyət Sarayının “Azad” rəqs qrupu 3 nəfərlik heyyətlə təmsil edib.

Qrupun bədii rəhbəri gənc və istedadlı rəqqas, müəllim Rəhim Babayevdir.

Festivala həmçinin Gürcüstan, Almaniya, Moldova, Rumıniya, Ermənistan və Ukrayna ölkələri qatılıb.

“Azad” rəqs qrupu “Odlar yurdu Azerbaycan” və “Bulaq başı” rəqsləri ilə çıxış etmişdir. Sonda “Azad” rəqs qrupu başqa ölkələrdən fərqlənərək “Ən gözəl qrup” adına layiq görülüb.

Gənc rəqqaslarımıza uğurlar və daha yüksək zirvələri fəth etməyi arzu edirik.

image-d8017cd1-9970-4d97-8cae-0aa3a30ccfc0 image-4ac79c3d-27b2-45d0-af07-5deaac563287 image-c2a898a8-60eb-4d3f-9699-0557a0a2933a image-4dcdc6de-2498-4fe6-b732-928fecae3ec8


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki