image-reklam-veteninfo
image-1backend

Birləşmiş Millətlər Təşkilatı Qəzza üçün 100 milyon dollar toplayıb

image-reklam-veteninfo

Birləşmiş Millətlər Təşkilatı Qəzza zolağı və İordan çayının qərb sahilindəki fələstinlilərin əsas humanitar ehtiyaclarını ödəmək üçün lazım olan 294 milyon dolların təxminən 34%-ni toplaya bilib. Vətəninfo.az-ın məlumatına görə , bu barədə oktyabrın 23-də BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Departamenti məlumat yayıb.

“Hazırda BMT-yə üzv dövlətlər mövcud böhrandan yaranan humanitar ehtiyacları ödəmək üçün təxminən 100 milyon dollar vəd ediblər. Bu, 294 milyon dollarlıq ümumi sorğunun təxminən 34 faizini təşkil edəcək”, – departamentdən bildiriblər.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin daha əvvəl bildirdiyi kimi, bu vəsait Qəzza zolağı və İordan çayının qərb sahilində yaşayan 1,26 milyon insanın ən təcili ehtiyaclarını ödəmək üçün tələb olunur. Dünya təşkilatının izah etdiyi kimi, son illər beynəlxalq ictimaiyyət fələstinlilərin humanitar ehtiyaclarını ödəmək üçün səxavətlə töhfə verib, lakin 2023-cü ildə maliyyə problemi daha da mürəkkəbləşib və humanitar ehtiyaclar güclənib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki