image-01-19-3backend

8 Noyabr-Zəfər günü münasibətilə Nəsimi Rayonunda “Ölümsüzlər” adlı kitabın təqdimatı keçirilib

image-reklam_sirab_01

 

 

 

“Romance Palace” sarayında 8 Noyabr – Zəfər Günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən çap edilmiş “Ölümsüzlər” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etdiki, bu gün Müstəqil ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı.

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Azərbaycan Respublikasının Prezidenti,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, yüksək diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Natiq çıxışına davam edərək bildirdiki,  vətən və xalqa xidmətin ən ali məqamına yüksələn Nəsimi rayon şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün təqdimatına toplaşdığımız “Ölümsüzlər” adlı bu kitab vətənimizin suverenliyi, ərazi bütövlüyü üçün keçdiyimiz yola işıq salacaq, gələcək nəsillərin Qarabağ həqiqətlərini daha yaxşı mənimsəmələri üçün əvəzsiz vətənpərvərlik mənbəyi rolunu oynayacaqdır.

Sonra Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş “Ölümsüzlər” adlı kitab şəhid analarına və tədbir iştirakçılarına təqdim edildi. Ümrə ziyarətinə yola salınacaq bir qrup şəhid anasına və ailə üzvlərinə müvafiq sənədlər təqdim olundu.

Şəhid anaları və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbir din xadimlərinin çıxışları ilə davam etdirilmiş, şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

Sonra Vətən Müharibəsi şəhidlərinin xatirəsinə ehsan sufrəsi açılmışdır.

Tədbir incəsənət ustalarının iştirakı ilə davam etdirilmiş, şəhidlərimizə həsr olunmuş vətənpərvərlik mahniları ifa olunmuşdur .

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki