image-yap1backend

“91-lər”in müraciəti

image-reklam_sirab_01

16 oktyabr 1992ci il Azərbaycan tarixində əhəmiyyətli hadisə olaraq qaldı.Bu tarixdə bir çox ziyalılar Heydər Əliyevə müraciət edərək YAP yaradılması ideyasına münasibət bildirmiş və bu partiyaya rəhbərlik etmək istədiklərini bildirmişdilər.Həmin dövrdə Azərbaycan müstəqilliyini yenicə əldə etmişdi.Lakin respublikada vəziyyət çox pis bir həddə çatmışdı.Ölkədə iqtisadiyyat tamamilə çökmüşdü,,hərc-mərclik hökm sürürdü,erməni işğalları geniş həddə çatmışdı.Ziyalılar vəziyyətin getdikcə ağırlaşacağı,müstəqilliyimizin itirilməsi təhlükəsini görüb Heydər Əliyevə müraciət etmişlər. “91-lərin müraciəti” kimi yadda qalan bu müraciəti 91 nəfərin imzalamasına baxmayaraq bu müraciətdə bütün Azərbaycan xalqının arzu və istəkləri əks olunurdu.Ziyalılar bu müraciətdə respublikanın sosial-iqtisadi vəziyyətindən söz açır,ən əsası da xalqımıza qarşı törədilən cinayətləri xüsusilə vurğulayırdılar.Mövcud idarəçilik bu problemin həlli  üçün uyğun tələbləri daşımırdı.Yeni bir idarə sisteminə ehtiyac var idi.Və “91-lər” müraciətdə Ulu öndər Heydər Əliyevi həqiqi bir lider simasında görərək belə yazırdılar:

“Azərbaycan sizin sözünüzü və qəti qərarınızı gözləyir”

Nəhayət 1991ci il sentyabrın 3-də Heydər Əliyevin namizədliyi Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinə irəli sürünür.Heydər Əliyev çox ziddiyyətli və keşməkeşli dövrdə Naxçıvan MR-ya rəhbərlik etməyə başlayır.Onun məqsədi aradakı ağır vəziyyəti,böhranı aradan qaldırmaq idi.Və o əhalinin sosial vəziyyətinə,ərzaq,enerji kimi təminatlarına kömək etmək kimi məsələlərin həllinə başlayır.Lakin Heydər Əliyevin bu siyasəti təkcə Naxçıvan MR-ya yox,bütün Azərbaycana lazım idi.

1991-ci il 5 noyabrda ziyalıların YAP təşkilat komitəsinin yığıncağı keçirildi.1992-ci il noyabrın 21-də isə YAP-ın təsis konfransı keçirilmiş və Heydər Əliyev partiyanın sədri seçilmişdir.

Heydər Əliyev bir neçə dəfə çıxışlarında  “91-lər”in müraciətini xatırlatmışdır.O YAP-ın 10 illik tədbirində “91-lər”ə böyük hörmət bəslədiyini,dünyadan köçənlərə rəhmət dilədiyini,və hal-hazırda birlikdə olduqlarına təşəkkür etdiyini dilə gətirmişdir.Və “91-lər” müraciətinin ümümilli lider Heydər Əliyevin həyatında bir dönüş yaratdığını xüsusi vurğulamışdır.

Bu gün biz bir daha şahidi oluruq ki,Heydər Əliyevin Azərbaycan xalqı üçün etdiyi fədakarlıqlar,göstərdiyi xidmətlər unudula bilməz.Çünki onun xalqımıza göstərdiyi xidmətləri,gördüyü işləri yaddan çıxarmaq mümkün deyil.Hər bir vətəndaş çox gözəl bilir ki,bugünkü inkişafın,,uğurun yaradıcısı Heydər Əliyevdir.Bu gün xalqımız müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmişdir.

 

 

 

 

Azərbaycan Dillər Universiteti.

Əliyeva Lalə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki