image-1backend

Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev mayın 7-də ölkəmizdə diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Vətəninfo.az xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasında siyasi, iqtisadi-ticari, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Baş nazirin müavini Şahin Mustafayev səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki