ABŞ-ın Oklahoma ştatında açıq havada keçirilən festivalda atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Bu “Associated Press“ agentliyi məlumat yayıb.
Yaralananlar arasında iki azyaşlı da var. Zərərçəkənlərin vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.
Agentlik aydınlaşdırıb ki, hazırda atəş açan şəxs saxlanılmayıb. AP şübhəlilərin olub-olmaması barədə məlumat verməyib.