image-057fdc8c-9490-3a5f-b41a-4cbc9e82f851_850-1backend

ABŞ-da atışmada şübhəli bilinən şəxs saxlanılıb

image-reklam_sirab_01

ABŞ-da Şimali Karolina ştatının Roli şəhərində 5 nəfərin ölümü ilə nəticələnən atışmada şübhəli bilinən şəxs saxlanılıb.

bu barədə cümə axşamı yerli polis idarəsi tviter səhifəsində məlumat yayıb.

Şübhəli şəxsin adı hələ açıqlanmır.

Daha əvvəl Roli meri Merienn Bolduin bildirib ki, şəhər kənarında baş verən atışmada biri polis məmuru da daxil olmaqla 5 nəfər həlak olub. Digər polis əməkdaşı da daxil olmaqla iki nəfər xəstəxanaya aparılıb. Şimali Karolina qubernatoru Roy Kuper meri əmin edib ki, ştat rəsmiləri insidentin araşdırılmasına dəstək verəcəklər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki