image-057fdc8c-9490-3a5f-b41a-4cbc9e82f851_850backend

ABŞ-da baş verən atışmada azı 5 nəfər öldürülüb, xəsarət alanlar var

image-reklam_sirab_01

ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində baş verən atışmada biri polis əməkdaşı olmaqla azı 5 nəfər həlak olub.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisəni törədən şəxs hələ də azadlıqdadır. Buna görə də polis atışma baş verən ərazinin sakinlərinə evdə qalmağı tövsiyə edib.

Hadisə zamanı xəsarət alan azı daha üç nəfərin müalicə üçün xəstəxanaya aparıldığı qeyd edilir.

Telekanalın məlumatına görə, atışmanın səbəbi hələ məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki