image-1backend

“ABŞ Gürcüstanda çevriliş hazırlayır”- Rusiya Xarici Kəşfiyyat Xidməti

image-reklam_sirab_01

ABŞ Dövlət Departamenti Gürcüstanda keçiriləcək parlament seçkilərinə müdaxilə etmək üçün yeni vasitədən istifadə etmək niyyətindədir. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, ABŞ Dövlət Departamenti oktyabrın 26-da Gürcüstanda keçiriləcək seçkilərə müdaxilə etmək niyyətindədir.
Rusiya kəşfiyyatının məlumatına görə, Vaşinqton bu məsələdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəhbərliyi ilə razılığa gəlib.

“ATƏT DTİHB-nin səsverməyə 10-20 gün qalmış ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir şəraitin olmadığı qənaətinə gələn aralıq hesabatı dərc etməsi planlaşdırılır”, – agentlik vurğulayıb.

Xarici kəşfiyyat xidməti ABŞ-ın məqsədinin hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının mümkün qələbəsinin qarşısını almaq olduğunu güman edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki