image-1backend

ABŞ: “ İran hələ də Əl-Qaidənin liderləri üçün təhlükəsiz sığınacaqdır”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, “Əl Qaidə” terror qruplaşmasının liderlərinin İranda olması ilə bağlı suala ABŞ Dövlət Departameti cavab olaraq deyib: “İran hökuməti Əl-Qaidənin liderləri üçün ölkədə təhlükəsiz sığınacaq verməyə davam edir”.

ABŞ Dövlət Departamentinin məlumatına görə, İran hökuməti 2009-cu ildən bəri sozügedən qruplaşmanın İran vasitəsilə terror fəaliyyətlərinə zəmin yaradıb və “Əl-Qaidə”yə öz silahlarını, o cümlədən yaraqlılarını Cənubi Asiya, Suriya və digər yerlərə köçürmək imkanı verib.

Qeyd olunub ki, Vaşinqton İran hökumətini Bəhreyn, İraq, Livan, Suriya və Yəmən də daxil olmaqla Hizbullah və HƏMAS kimi yaraqlı qruplar vasitəsilə terrorçuluğa və digər qanunsuz addımlara dəstək verən bir rəhbər kimi xarakterizə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki