Birləşmiş Ştatlar israilli məhbusların azad edilməsi əməliyyatlarında Amerika ordusunun iştirakının mümkünlüyünü nəzərə almır.
Vətəninfo.az-ın məlumatına görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Con Fayner NBC telekanalına bildirib.
“Hazırda biz ABŞ-ın bu missiyada hərbi iştirak imkanını nəzərdən keçirmirik”, – Fayner bildirib.
Oktyabrın 7-də 1500-dən çox Həmas yaraqlısı təhlükəsizlik səddini keçərək Qəzza zolağından İsraili işğal edib. İsraildə qurbanların sayı 1300-ə çatıb. 150 nəfər girov götürülüb. İsrail HƏMAS-a müharibə elan edib və yüzlərlə hədəfi vurur. Qəzza zolağında qurbanların sayı 1200-ə çatıb. İsrail də Qəzzanı tam mühasirəyə aldığını elan edərək, su, elektrik, yanacaq, ərzaq və digər mallara çıxışı kəsib.


























