image-1backend

ABŞ  SEPAH-a görə bir sıra şirkətlərə yeni sanksiyalar tətbiq edib

image-reklam_sirab_01

ABŞ hökuməti dünən 6 ölkədə SEPAH-ın Qüds qanadına, Yəmən  husilərinə və Livan Hizbullahına qazanc təmin edən bir sıra ticarət və nəqliyyat şirkətlərinə sanksiya tətbiq edib.
Vətəninfo.az xəbər verir ki,  ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) qərargahı və qeydiyyatı Hindistan, Liberiya, Vyetnam və Küveytdə olan 6 şirkət və iki neft tankerini sanksiyalar siyahısına əlavə edib.
Qeyd olunub ki, sanksiyaya məruz qalan şirkətlər SEPAH, husilər və Hizbullah ilə əməkdaşlıqda ittiham edilib.
ABŞ Maliyyə Nazirliyi 11 fiziki və hüquqi şəxsə Suriya hökumətinə pul köçürməsini asanlaşdırmaq, sanksiyalardan yayınmağa kömək etmək və narkotik qaçaqmalçılığında iştirak etmək ittihamı ilə sanksiya tətbiq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki