image-1backend

ABŞ Şimali Koreyanın növbəti ballistik raket buraxılışını şərh edib

image-reklam_sirab_01

ABŞ Şimali Koreyanın raket buraxılışından xəbərdardır və müttəfiqləri ilə məsləhətləşmələr aparır.

Vətəninfo.az xəbər verir ki, ABŞ Hind-Sakit Okean Komandanlığının bəyanatında deyilir ki, insident ABŞ obyektləri və şəxsi heyəti üçün təhlükə yaratmayıb.

Bundan əvvəl Kyodo agentliyi Şimali Koreyanın bazar ertəsi səhər 3 ballistik raket buraxdığını bildirib.

ABŞ Hind-Sakit Okean Komandanlığının öz saytındakı bəyanatında deyilir: “Birləşmiş Ştatlar bu raket buraxılışlarını pisləyir və KXDR-i sabitliyi pozan addımlardan çəkinməyə çağırır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki