image-5eae8e89-ea76-47c3-8b3c-5e8c9fbe164f_850backend

ABŞ yaxın həftələrdə Ukraynaya 4,5 milyard dollar ayıracaq

image-reklam_sirab_01

ABŞ yaxın həftələrdə Ukraynaya əvvəllər ayrılmış 4,5 milyard dollarlıq maliyyə yardımı paketini köçürəcək.

Bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

“İki həftə əvvəl Konqres Ukraynaya 4,5 milyard dollar birbaşa büdcə dəstəyini təsdiqləyib və mən məmnuniyyətlə elan edirəm ki, Birləşmiş Ştatlar Ukrayna hökumətinə bu vəsaiti yaxın həftələrdə ödəmək niyyətindədir”- deyə, o bildirib.

O, həmçinin qeyd edib ki, beynəlxalq tərəfdaşların Ukraynaya dəstək vermək üçün ABŞ-a qoşulması vacibdir və o, müttəfiqləri Ukrayna ilə bağlı mövcud öhdəliklərini mümkün qədər tez yerinə yetirməyə və yeni maliyyə yardımı paketləri hazırlamağa çağırıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki