image-a-qat5backend

AGAT-ın “Dəstək” layihəsi iştirakçılarına sertifikatlar verilib

image-reklam_sirab_01

“Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirlikyinin maliyyə yardımı ilə Bakı şəhərində “Dəstək” adlı layihəsini həyata keçirmişdir.

Layihənin əsas məqsədi dövlətimizin sosial siyasətinə dəstək olaraq şəhid ailələri və qazilərin övladlarına psixoloji reabilitasiya təlimlərini keçirilməsi, onları müasir alternativ biliklərə yiyələndirməkdir. Vurğulanmalıdır ki, layihə çərçivəsində AGAT İkinci Qarabağ müharibəsində 15 nəfər fiziki qabiliyyətini qismən itirmiş, o cümlədən şəhid ailələri və qazilərinin övladları İnsan Resurslarının İdarə edilməsi (HR) və “Sosial Media Marketinq” (SMM)  ixtisası üzrə yeni peşəyə yiyələnmələrini məqsəd olaraq qarşıya qoymuşdur. 2 günlük keçirilmiş təlimdə qazilər və şahid ailələrinin övladlarına psixoloji reabilitasiya  keçirlmiş, ümumi sosial media və marketinq, orada hədəf kütlənin seçilməsi və strategıyanın düzgün qurulması, insan resurslarının idarə olunması, onların rolları, mərhələli müsahibələrinnin aparılması, kadr potensialnın inkişafı texnikaları, işə qəbul mexanizmi ilə bağlı biliklər aşılanmışdır.

 

AGAT-ın sədri Aytən Atazadə iştirakçıları salamladı və təşkilatın fəaliyyəti barədə məlumat verdi. Təlimin sonunda 15 nəfər iştirakçıya sertifikat təqdim edildi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki