image-post-14-oktyabr-1backend

Agentliyin departament direktoruna yüksək vəzifə verilib

image-reklam_sirab_01

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru Aysel Kərimli Beynəlxalq Kvalifikasiyaları Qiymətləndirmə Mütəxəssisləri Assosiasiyasının (TAICEP) Resursların və Biliyin İdarə olunması Komitəsinin rəhbəri təyin olunub.

Agentlikdən Veteninfo.az-a bildirilib ki, bəhs edilən komitə Assosiasiyanın kvalifikasiyaların qiymətləndirilməsi sahəsindəki resurslarının təşkili və inkişaf etdirilməsi işinin təşkilində əsas rol oynayır.

Əsası  2013-cü ildə qoyulmuş Assosiasiyanın strukturuna İdarə Heyəti və 7 (yeddi) işçi komitə daxildir. Assosiasiyanın qarşısında duran əsas məqsədlərə kvalifikasiya və peşə tanınması sahəsində beynəlxalq standartların formalaşması və inkişaf etdirlməsi, kvalifikasiyaların tanınması zamanı tətbiq olunan metodologiyaların və uğurlu təcrübələrin müəyyən olunaraq inkişaf etdirilməsi və üzv ölkələr arasında təşviq edilməsi, təhsil sahəsində fəaliyyət göstərən bütün təşkilatlarla işgüzar əlaqələrin qurulması daxildir.

Qeyd edək ki, Assosiasiyaya hələ ötən aylarda tamhüquqlu üzv seçilməsinə baxmayaraq, Agentlik təşkilatın işində aktiv və məhsuldar üzv kimi fəaliyyət göstərməkdədir ki, bu da öz növbəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə beynəlxalq səviyyədə kvalifikasiyaların tanınması sahəsində tətbiq edilən yenilik və metodologiyalardan operativ şəkildə xəbər tutmaq, ölkəmizin bu sahədəki uğurlarını və təcrübəsini beynəlxalq arenaya çatdırmaq və Assosiyanın işinin təşkilində fəal və aparıcı üzv kimi iştirak etmək imkanları yaradır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki