Türkiyədə ağır yol qəzası olub.
Veteninfo.az xəbər verir ki, bu barədə “Dəmirören” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Balıkəsir vilayətində qeydə alınıb. Mikroavtobusla süd daşıyan maşının toqquşması nəticəsində azı 8 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Qeyd edilir ki, 6 nəfər yerindəcə, daha 2 nəfər xəstəxanada dünyasını dəyişib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hazırda ölən və yaralıların şəxsiyyəti müəyyənləşdirilir.