image-4backend

Ağstafa RİH başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Aşağı Kəsəmən kənd yaşayış məntəqəsində keçirib

image-reklam_sirab_01

Aşağı Kəsəmən kənd tam orta məktəb binasında təşkil olunan vətəndaş qəbulunda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti üzrə təşkilatların məsul şəxsləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizin tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun artırılması, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlərdən söz açıb. Qalib Azərbaycan Ordusunun Respublikamızın Konstitusiya quruluşunun bərpa etdiyi Qarabağ iqtisadi rayonunda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq, işağldan azad olunmuş torpaqlarımıza reallaşdırılan “Böyük Qayıdış” konsepsiyasından bəhs olunub. Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək imkanları barədə sakinlərə ətraflı məlumat verilib.
Səyyar qəbulda müxtəlif məzmunlu təklif və müraciətlərlə çıxış edən vətəndaşlara qanunamüvafiq izahatlar verilib, hər bir məsələ həlli ilə bağlı qeydiyyata alınaraq nəzarətə götürülüb. Aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

image-1 image-2 image-3 image-4 image-5


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki