image-4-keshikcidaqbackend

Ağstafada “Keşikçidağ”a gedən yeni avtomobil yolunun inşası uğurla davam etdirilir

image-reklam_sirab_01

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolunun inşaat işləri ilə tanış olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa olunan yeni avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 38-ci  km-dən götürür. II texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metrdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki