image-binabackend

AHİK Ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar 5000 ailəyə sovqat göndərəcək

image-reklam_sirab_01

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin iclasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə və ölkə Prezidenti İlham Əliyevin aztəminatlı, şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə müvafiq olaraq, həmin kateqoriyaya daxil olan ailələrə sovqat paylanması qərara alınıb.

Qərara əsasən, 76 şəhər və rayonda, eləcə də Naxçıvan Muxtar Respublikasında məskunlaşan 5 000 ailəyə ərzaq sovqatı göndəriləcək.

Qeyd edək ki, 2020-ci il aprelin 29-da və bu il martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası maddi və mənəvi yardım məqsədi ilə respublikanın bütün şəhər və rayonlarında yaşayan 3 900 ailəyə maşın karvanları ilə 68 ton ərzaq sovqatı çatdırıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki