image-473dc76f-f4c0-34f6-b205-4b9cf1b520c6_850backend

Almaniyada enerji böhranı səbəbindən xəstəxanalar bağlana bilər

image-reklam_sirab_01

Almaniyanın səhiyyə naziri Karl Lauterbax cari enerji böhranı və yüksək inflyasiyanın yaxın gələcəkdə xəstəxanaların bağlanmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə nazir “ARD” telekanalının efirində bildirib.

“Tez və həqiqətən radikal reaksiya verməsək, bağlanmalar olacaq. Bundesverin modernləşdirilməsi üçün mövcud olana bənzər xəstəxanalar üçün xüsusi fondun yaradılmasına şübhə ilə yanaşıram. Biz hər sahə üçün xüsusi fond yarada bilmirik”,- deyə, o bildirib.

Nazir əlavə edib ki, gələn il qaz və elektrik enerjisinin qiymətlərini indi proqnozlaşdırmaq çətin olsa da, yaxın bir neçə ay ərzində xəstəxanaların həll edilməli olan çox ciddi likvidlik problemi ilə üzləşəcəyini əminliklə söyləmək olar.

Qeyd edək ki, Almaniyada 490 min xəstəxana çarpayısı olan 1900-ə yaxın xəstəxana var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki