Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı qanun layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Həmin qanun layihələri aşağıdakılardır:
1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakiminin təyin edilməsi haqqında.
3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.
4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.
5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.
6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.