image-fb27cefe-72c0-32c7-9b0b-71e96c7de26a_850backend

“Apple” yeni planşetlərini təqdim edib

image-reklam_sirab_01

“Apple Inc” şirkəti “iPad” və “iPad Pro” planşetlərinin yeni seriyasını, həmçinin yenilənmiş “Apple TV 4K”nın yeni versiyasını təqdim edib.

onuncu nəsil “iPad” daha böyük 10,9 düymlük displey, “home” düyməsi, həmçinin “Lightning” portu əvəzinə “USB-C” şarj qurğusu ilə yeni dizayn alıb.

Yeni “iPad Pro” planşetləri 11 düym və 12,9 düym olmaqla iki ekran ölçüsündə təqdim olunacaq. Onlar əvvəlki nəsil qurğularından 15 % daha sürətli olan M2 prosessorları ilə təchiz olunacaqlar.

Onuncu nəsil “iPad”ın qiyməti 449 dollardan (5G versiyası üçün 599 dollardan), kiçik “iPad Pro”nun 799 ABŞ dollarından, daha böyüyü isə 1 099 dollardan başlayacaq. Yeni planşetlər oktyabrın 26-dan ABŞ və Avropada satışa çıxarılacaq.

“Apple TV 4K”nın yeni versiyası daha sürətli prosessorla təchiz ediləcək. Yeni versiya “HDR10+” şəkil keyfiyyətini dəstəkləyir.

İlkin qiymət 129 dollardan başlayacaq və cihaz noyabrın 4-də satışa çıxarılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki