image-a3bd3f16-156d-3a3d-874e-86886dc2f2e0_850backend

Avropa Komissiyası Aİ-nin infrastrukturunun qorunması planını təqdim edib

image-reklam_sirab_01

Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) əsas enerji, rəqəmsal, nəqliyyat və kosmik infrastrukturunun qorunması planını təqdim edib.

AK-nin bəyanatında tövsiyə layihəsinin üç prioritet sahədə – hazırlıq, cavab tədbirləri və beynəlxalq əməkdaşlıqda kritik infrastrukturun mühafizəsi işini maksimuma çatdırmaq və sürətləndirmək məqsədi daşıdığı bildirilib.

“Bu məqsədlə o, hazırkı təhdidlərə hazırlığın və cavab tədbirlərinin təkmilləşdirilməsi, habelə üzv dövlətlər və üçüncü ölkələrlə əməkdaşlığı gücləndirmək üçün Avropa Komissiyasına daha güclü dəstək və əlaqələndirici rolu nəzərdə tutur. Prioritet enerji, rəqəmsal infrastruktur, nəqliyyat və kosmosun əsas sektorlarına verilməlidir”, – AK-nin bəyanatında deyilir.

Bundan əlavə, Aİ və NATO kritik infrastrukturu qorumaq üçün işçi qrupu yaradacaq.

Bəyanatda o da qeyd olunub ki, AK sədri Ursula fon der Lyayen oktyabrın 20-21-də keçiriləcək Avropa Şurasında planı Aİ liderlərinə təqdim edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki