Avropa Komissiyası fövqəladə iclas keçirəcək.
Veteninfo.az-ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin mətbuat katibi Erik Mamer bildirib.
Onun sözlərinə görə, bu gün 09:30-da (Bakı vaxtı ilə 12:30) Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin sədrliyi ilə fövqəladə iclas keçiriləcək.
Qeyd edək ki, bu gün Aİ Şurası da Ukraynadakı vəziyyətlə əlaqədar fövqəladə iclas keçirəcək.