30 Aprel 1 May tarixlərində Avstraliya İttifaqının Xarici İşlər və Ticarət Departamentinin inkişaf, çoxtərəfli və Avropa qrupunun katibinin müavini Rod Brazier rəhbərlik etdiyi nümayəndə heyətinin AR Prezident Administrasiyasında, eləcə də Xarici İşlər nazirliyində keçirilmiş görüşlər və baş tutmuş ilk siyasi məsləhətləşmələrin ardınca Avstraliya Federal Parlamentində yeni təsis olunmuş Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Rik Vilsonun rəhbərlik etdiyi nümayəndə heyətini VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.
Səfər zamanı nümayəndə heyəti Azərbaycanın əsas rəsmi şəxsləri, o cümlədən AR Milli Məclisinin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-Avstraliya Dostluq Qrupunun sədri Asim Mollazadə ilə müzakirələr aparmışdır. Müzakirələrin əsas məqsədi hər iki ölkənin qanunverici orqanları arasında qarşılıqlı əməkdaşlıq imkanlarının araşdırılması olmuşdur.
Ölkənin təbii sərvətlərinin demək olar ki böyük hissəsinin, xüsusilə neft, qaz və mədən sənayesinin yerləşdiyi Qərbi Avstraliya ştatını təmsil edən Rik Uilson səfəri zamanı Avstraliya və Azərbaycan arasında iqtisadi əməkdaşlığa daha çox diqqət yetirmişdir. Səfər müddətində nümayəndə heyəti Azərbaycanın müxtəlif dövlət qurumlarında, o cümlədən Xarici İşlər, Kənd Təsərrüfatı, AZPROM və Turizm nazirlikləri ilə çoxsaylı görüşlər keçirmişdir.
Müzakirələr hər iki iqtisadiyyatda enerji ixracından asılılığın azaldılması və qeyri-neft sektorlarının şaxələndirilməsi ətrafında aparılmışdır. Avstraliya və Azərbaycan arasında iqtisadi xüsusiyyətlərdə kifayət qədər oxşarlıqlar nəzərə alınaraq, idxal-ixrac, kənd təsərrüfatı və turizm sektorlarında əməkdaşlıq imkanlarının araşdırılması üçün birgə səy göstərilmişdir. Belə ki, aparılan görüşlərin əsas məqsədi hər iki ölkənin ortaq maraqlarından çıxış edərək iqtisadi dayanıqlığı və inkişafı gücləndirtmək olmuşdur.