image-2backend

Avtovağzalda parklanma qiymətləri ilə bağlı AÇIQLAMA

image-reklam_sirab_01

Bildiyimiz kimi, hazırda Bakıda parklanma ilə bağlı yeni tariflər müəyyən olunub. Vətəndaşların əksəriyyəti isə qiymətlərin yuxarı olmasından şikayətlənir.

Ölkə ərazisində ən çox gediş-gəliş olan yerlərdən biri də avtovağzal ərazisidir.

Maraqlıdır, Bakı Beynəlxalq Avtovağzal Kompleksində parkinq qiymətləri necədir?

Məsələ ilə bağlı Vətəninfo.az-a açıqlama verən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rövşən Əliyev söylədi ki, avtovağzalda parklanma ərazisində ilk 10 dəqiqə parkinq pulsuzdur:

image-1

“10 dəqiqədən sonra 0-1 saat arası tariflər var. Amma burada qarışdırmayaq, bizdə qovşaq ərazisi də var və orada 0-10 dəqiqə məsələsi keçərli deyil. Çünki ora şəhəriçi və şəhərlərarası marşrut xətlərinin giriş-çıxışı olduğu üçün ora taksi xidməti nəzərdə tutulmur. Ora gələn taksilərin hamısı üçün ödəniş hesablanır. Yəni qovşağa giriş üçün vaxt limiti yoxdur, girdinsə, çıxanda ödəniş etməlisən”.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində qapalı və açıq parkinq mövcuddur. Ərazidə avtomobillərin parkinq qiymətləri aşağıdakı kimidir:

0-2 saat 1 manat, 2-6 saat 2 manat 6-12 saat 3 manat, 12-24 saat isə 4 manat.

Görünən odur ki, hazırda paytaxtda ən ucuz parkinq xidməti avtovağzal ərazisindədir.ətə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki