image-1619676373092_b8zqyt36backend

Aysel Əlizadənin Səhra kimi uzanardım altında“şeiri sosial şəbəkələrdə birmənalı qarşılanmadı

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki,şairə Aysel Əlizadə facebook sosial şəbəkəsindəki hesabında paylaşdığı erotik şeiri birmənalı qarşılanmayıb.

 

 

Kaş yatağımı bunca yalqız qoymazdın
qoxunu həsrətdən yox,
şəhvətdən alardım.
Kaş dodaqlarımı
dodaqlarının arasında yatırardın.
Necə başlamışdısa, eləcə bitərdi.
Gərək gözəl ayrılardıq.

image-fb_img_1619719881953
Sən gözüyumulu,
yarıoyaq, yarıyuxulu
alnımdan boynuma
dodağınla cizgi çəkərdin,
başımı geri atıb aşağı ötürüb
yol verərdim mən də sənə.
Sən nəfəsini yel kimi dərimə üfürüb
İsti küləyim olardın yenə.
Bütün hücrələrimlə yanardım onda.
Səhra kimi uzanardım altında, suyum olardın…
Soyudardın qumsallığımı,
canına çəkərdin qadınlığımı.
Kaş gözəl ayrılardıq…
Tanrı kimi sevişib gedərdin.
Bətnimdə bəyaz iz buraxardın, Sənə bir İsa doğardım ki…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki