image-revan-nusretlibackend

Azərbaycan Avropa ilə Asiya arasında körpüyə çevrilir

image-reklam_sirab_01

Cənab Prezident İlham Əliyevin oktyabrın ilk yarısında Praqa və Astana səfərləri Azərbaycanın dünyadakı rolunu qiymətləndirmək baxımından çox önəmlidir. Prezident İlham Əliyevin Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirakı Azərbaycanın Avropadakı yerini göstərmək baxımından önəmlidirsə, dövlət başçımızın Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirakı da ölkəmizin Asiyadakı mövqeyenin önəmini göstərir.
Bu tədbirlərdə cənab Prezident İlham Əliyevin iştirakı, ikitərəfli görüşəri və çıxışları Azərbaycanın maraq və mənafelərinin müdaiə və ifadə edilməsi baxımından çox mühümdür.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdiyindən danışarkən deyib ki, bu Qələbə ilə 30 il davam edən Qarabağ münaqişəsinə son qoyuldu. “Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi”. Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdıldığını, təhqir və talan edildiyini bəyan edən dövlət başçısı Ermənistanın Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədiyini bildirib. “Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb”. Prezident İlham Əliyev bildirib ki, işğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıqlar aşkar olunması Ermənistanın müharibə cinayətləri törədiyini sübut edir. Dövlət başçısı onu da qeyd edib ki, Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir.
Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasında olduğunu bəyan edən İlham Əliyev bildirib ki, ilkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. “İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır”.
Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparılğından danışan dövlət başçısı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə bağlı “Böyük Qayıdış” adlanan proqramın həyata keçirilməyə başlandığını bildirib.
Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam etdiyinə diqqət çəkən cənab Prezident İlham Əliyev bunlardan sonuncusunun isə bu ilin sentyabr ayında törədildiyini bildirib. “Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu”.
Bütün bu təxribatlara görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirən dövlət başçısı Azərbaycan ədalətli sülhün tərəfdarı olduğunu bəyan edib.
Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirildiyindən bəhs edən Prezident İlham Əliyev 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzitin təxminən 65 faiz artdığını diqqətlərə çatdırıb. “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir”.
Azərbaycanın dövlət başçısının Praqa və Astanada iki Zirvə Sammitində görüş və çıxışları Azərbayanın beynəlxalq aləmdə mövqeyinin güclənməsinə səbəb olduğu kimi, dövlətin inkişafı üçün də yeni imkanlar yaradır.

Rəvan Nüsrətli
Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki