image-fb_img_1618231173207backend

Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq əlaqələri genişlənir

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq əlaqələri genişlənməkdə davam edir.

Univeristetin rektoru İbrahim Cəfərov müxbirimizlə söhbətində bildirib ki, pandemiyanın uzun sürməsi ilə əlaqədar artıq əməkdaşlıq barədə müqavilələr və memorandumlar da online sisteminə keçirilmişdir:

“Bu gün Rusiya Federasiyasının N.E. Bauman adına Kazan Dövlət Baytarlıq Akademiyası ilə əməkdaşlıq müqaviləsi imzalanmış, hər iki təhsil müəssisələrini maraqlandıran məsələlərə aydınlıq gətirilib.KDBA-nin rektoru, professor Ravilov Rüstəm Xamitoviç ADAU ilə münasibətlərin qurulmasında maraqlı olduğunu bildirmiş və ikili diplom, müəllim, tələbə mübadilələri və s barədə razılığa gəlinmişdir. Online tədbirdə hər iki tərəfin tədris işləri üzrə prorektorları, dekanları, dekan müavinləri, koordinatorlar iştirak etmişlər. Hər iki tərəfə uğurlar arzusu ilə Sizin rektor…”.

image-fb_img_1618231182133 image-fb_img_1618231179006 image-fb_img_1618231176209 image-fb_img_1618231173207 image-fb_img_1618231170984


 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki