image-03backend

Azərbaycan Fransanın vasitəçiliyinə “yox” deyir

image-reklam_sirab_01

Heç kəsə sirrdeyilki, Fransahəmişə Ermənistanın yanında olub, onun işğalçılıq planlarına dəstək verib və indi də verir. Çoxsaylı erməni diasporunun yaşadığı Fransada ermənilərə hər zaman doğmalıq göstərilib, onların ən gizli və məkrli planlarına dəstək verilib. Son illərdə, xüsusilə də 44 günlük Vətən müharibəsi günlərində Fransanın dövlət rəhbərləri və ictimai xadimlərinin açıq-aşkar ermənipərəst mövqeyi nümayiş etdirmələri, işğalçıya hərtərəfli dəstək olmalarının əyani şahidi olmuşuq. Fransa təcavüzkar Ermənistanın yanında olub və bunu açıq şəkildə bəyan edib.
İyirmi üç aydır ki, əsasən Fransanın pozucu fəaliyyəti ucbatından müharibədə məğlub olan Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqdan qaçır. Ordusu darmadağın olmuş məğlub ölkə sülhə gəlməkdən yayınır. Ancaq bu addıma Ermənistanı təhrik edənlər var və onların birincisi də Fransadır. Hətta bu günlərdə Makron Avropa İttifaqı və Azərbaycan tərəfindən arzuolunmaz qonaq sifəti ilə Praqa görüşündə özünü ortalığa soxaraq Ermənistanın xeyirinə çalışmağa cəhd etməkdən belə çəkinməyib.
Fransa Prezidenti Emmanuel Makron bu dəfə öz çıxışında Rusiyanı Cənubi Qafqazda və bu bölgənin hüdudlarından kənarda sabitliyi pozmaqda ittiham edib. Lakin deyəsən yaddan çıxarıb ki, Fransa özü Azərbaycandan və Ermənistandan 5000 kilometr uzaqdadır. Makron “France 2” telekanalına müsahibəsində Rusiyanı Ermənistan və Azərbaycanı son toqquşmalara məqsədyönlü şəkildə təhrik etdiyini söyləyib.Makronun iddiasına görə, Moskva son aylarda Azərbaycanın xeyirinə gərginliyi artırıb. Fransa prezidenti Azərbaycanı Ermənistana “hücum etməkdə” ittiham edib. O, əmin edib ki, Fransa Ermənistanı tək qoymayacaq: “Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəddə bir neçə dəfə hücuma keçib. Bunu qınadıq. Biz erməniləri tərk etməyəcəyik”.
Fransa hökumətinin bu cür münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük.Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış edib. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etmişik.
Bütün qeyd edilənlər bir daha göstərdi ki, Fransa Ermənistan və Azərbaycan arasında danışıqlarda neytral tərəf deyil və Azərbaycan onun zorən vasitəçiliyini qəbul etməyəcək. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində və münaqişənin davam etdiyi uzun illərdə Fransanın bizə qarşı təhdidləri yadımızdadır. Qısaca desək, Azərbaycan ədalətsiz ölkənin vasitəçiliyinə “yox” deyir.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki