image-3backend

Azərbaycan kiçik ada dövlətlərinə dəstək verəcəkdir

image-reklam_sirab_01

Azərbaycanda 12 noyabr tarixində beynəlxalq konfrans olan COP 29 tədbirinin açılışı baş tutdu. Bildiyimiz kimi bu tədbirin məqsədi qlobal iqlim təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi, iqlim fəsadlarının, aradan qaldırılmasıdır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) xeyli sayda dövlət rəhbərləri, elm adamları, ekoaktivistlər qoşulmuşdur.Konfransda bir sıra müzakirələr, müxtəlif mövzularla bağlı Sammitlər təşkil olundu və bu müzakirələrdə problemlər və həll yolları ilə bağlı müxtəlif fikirlər səsləndirilmişdir. Qeyd edim ki, COP 29 çərçivəsində təşkil olunmuş sammitlərdən biri də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitidir. Ölkəmiz hər zaman ehtiyacı olan dövlətlərə yardım etmiş, daim dəstək olmuşdur. Bu konfrans çərçivəsində kiçik ada dövlətlərinin Sammitinin keçirilməsi də məhz dünyanın diqqətini bu istiqamətə yönəltmək, onların inkişafına dəstək olmaq, mövcud problemlərinin aradan qaldırılmasına kömək etməkdir. Məhz bu mövzu ilə bağlı Prezident İlham Əliyev Sammitdə çıxış etmişdir.
Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı həmin dövlətlərə iqlim fəsadları zamanı dəstək olunması barədə fikirlər səsləndirib: “Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər”.
Prezident eyni zamanda çıxışında İqlim dəyişmələrinin ölkəmizə təsir etdiyini bildirmişdir. Bu təsirə məruz qalmış hər il suyu daha da azalan, dayazlaşan Xəzər dənizdir. Təbii ki, bu fəsadlar tək bununla bitmir. Ölkəmizdə temperaturun yüksəlməsi çaylarda suyun azalmasına, dağlarda qarın əriməsinə səbəb olur, və ya əksi olaraq, yağntıların çoxalması daşqınlarla nəticələnir. Bu halların çoxalması insanların rifah halının pisləşməsinə, qıtlıq kimi fəsadlara gətirib çıxardır.
Prezident çıxışı zamanı iqlim fəsadlarından əziyyət çəkmiş kiçik ada dövlətlərinə edilmiş yardımı da qeyd edərək, gələcəkdə də bu kimi yardımların edilməsinin davam etməli olduğunu qeyd etdi: “Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”. Qeyd edək ki, Azərbaycanın kiçik dövlətlərə yardımı. Onlara daim öz dəstəyini göstərmə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrünə təsadüf edir. Bunun nəticəsidir ki, bu gün kiçik ada dövlətlərinin problemləri, inkişaflarına dəstək olunması qlobal arenada səsləndirilir və həll yolları təklif edilir.
Sammit çərçivəsində Prezident Fransa müstəmləkəsindən əziyyət çəkən dövlətlərin problemlərini və istəklərini səsləndirmişdir. Eyni zamanda Fransanın həyata keçirdiyi nüvə sınaqlarının ətrafa, təbiətə, insanların sağlamlığna, ümumilikdə ekosistemə zərərli təsirləri dünyanın diqqətinə çatdırılmış oldu. Belə ki, Azərbaycan hər zaman müstəmləkəliyə qarşı olmuş, həmin xalqların azad, bərabərhüquqlu, demokratik şəkildə yaşamasına daim dəstək olmuş və töhfə vermişdir.
Prezident İlham Əliyev çıxışı zamanı Avropalı siyasətçinin dediyi qərəzli ifadələrə də cavab vermişdi: “Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image